Kaladze parlament seçkilərindən danışdı

“2024-cü ildə keçiriləcək parlament seçkilərində hakim “Gürcü arzusu”nun qələbəsi ölkədə sülhün qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

“Əminəm ki, biz xalqımızın dəstəyi ilə qələbə qazanacağıq. Bu qələbə ölkəmizin gələcəyi, əmin-amanlığın qorunub saxlanılması və iqtisadi inkişaf üçün lazımdır. Heç kimə ölkəmizdən öz maraqları naminə istifadə etmək imkanı verilməməsi üçün lazımdır. Digərləri isə çalışır ki, ikinci cəbhəni açıb, sanksiyalara qoşulub iqtisadiyyata ziyan vursunlar”, – o qeyd edib.

 

Gununsesi.info