
İspaniyanın Barselona şəhərində qatar qəzası olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 4 nəfər ölüb.
Şəhərətrafı qatarın dəmiryolunun üzərindən keçən gənclərə çırpılması onların vəfatına səbəb olub.
Qrup halında dəmiryolundan keçən adamlar 7 nəfər olublar.
Olay axşam saatlarında yaşanıb.
Yerli dövlət işçiləri məlumatı təsdiq ediblər.
Konsertə getmək üçün yola çıxan gənclər qatara çırpılma ilə həyatlarını itiriblər.
Qəza baş verdiyinə görə, qatar olay yerinidə saxlanılıb. Yolçular avtobuslarla daşınıb. “R3” qatar xətti müvəqqəti olaraq araşdırmalar üçün qapadılıb.