Simax Şeyda vəfat etdi

  • By ilhame
  • 12 Fevral 2024 22:47

Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarında biri, şair-dramaturq Simax Barux oğlu Yuşvayev (Simax Şeyda) vəfat edib.

 

Gununsesi.info xəbər verir ki, o, 87 yaşında Almaniyanın Münhen şəhərində dünyasını dəyişib.

 

Qeyd edək ki, Simax Şeyda 1936-cı ildə Oğuzda anadan olub. 1965-ci ildən 1990-cı ilə qədər Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri olub. Eyni zamanda, “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.

 

Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə 2015-ci ildə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Gununsesi.info