Avropa ölkəsindən İsrailə SANKSİYA: F-35 qırıcı təyyarələrinin hissələrinin satışını dayandırdı

Hollandiyadakı apellyasiya məhkəməsi beynəlxalq humanitar hüququ pozduğuna görə İsrailə F-35 qırıcı təyyarələrinin hissələrinin satışını dayandırmağa qərar verib.

Gununsesi.info xəbər verir ki, məhkəmə İsrailin bu hissələrdən istifadə edərək insan hüquqlarının pozulmasını nəzərə alaraq bu qərarı verib.

Haaqa Apellyasiya Məhkəməsinin yaydığı açıqlamada, F-35 döyüş təyyarələrinin hissələrinin İsrailə ixracının dayandırılması tələbini rədd edən məhkəmə qərarı ilə bağlı insan haqları təşkilatları “Oxfam Novib”, PAX və “The Rights Forum”un apellyasiya tələbinin qəbul edildiyi bildirilib.

Açıqlamada İsrailin Qəzzaya hücumlarında mülki vətəndaşlara dəyən zərəri yetərincə nəzərə almadığı vurğulanıb və Hollandiyaya F-35 hissələrinin İsrailə ixracını 7 gün ərzində dayandırması əmrinin verildiyi bildirilib.

Gununsesi.info