SENSASİON İDDİA: PKK “lideri” Öcalan terror təşkilatını “təslim olmağa” çağıracaq

PKK terror təşkilatının İmralıda saxlanılan “lideri” Abdullah Öcalan təşkilatın məqsədlərindəki sapmaları və Türkiyə Silahlı Qüvvələrinin son günlər keçirdiyi uğurlu əməliyyatları əsas gətirərək, yaxın günlərdə terror təşkilatını “təslim olmağa” çağıracaq.

Gununsesi.info xəbər verir ki, Öcalanın Qəndilə verdiyi son mesajda təşkilatın hədəflərinin regional inkişaflara paralel olaraq sapdığını, hədəflərindən və motivasiyasından uzaqlaşdığını ifadə etdiyi iddia edilib.

Haberler.com-un əldə etdiyi kulis məlumata görə, terror təşkilatı PKK lideri Öcalanın Qəndilə verdiyi təlimatda təşkilatın liderliyində olan şəxslərə ehtiyac duyulacağı, bununla belə, silahlı fəaliyyətlərin davam edəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi son əməliyyatlarla yaşanan itkilərin daha da artacağı ilə bağlı fikirlərini ifadə etdiyi qeyd edilib.

Qeyd olunur ki, təşkilata “təslim ol” göstərişi verdiyi iddia edilən terror lideri Öcalanın yaxın günlərdə ictimaiyyətə geniş bir çağırış etməsi gözlənilir.

Gununsesi.info