
İsraildə keçirilən son kabinet iclasında nazirlərin dava salaraq ordunu günahlandırdığı iddia edilib.
Gununsesi.info xəbər verir ki, İsrail mediasının məlumatına görə, cümə axşamı keçirilən kabinet iclası böyük davaya səhnə olub. Buna görə, Baş Qərargah rəisi Herzi Halevi də daxil olmaqla bir çox nazir İsrail Müdafiə Qüvvələrinin nümayəndələrini ittiham edərkən salonda qışqırıqlar eşidilib. Bəzi xəbər qurumları bağlı qapılar arxasında gedən dava səsinin dəhlizlərə yayıldığını bildirib.
Maliyyə naziri Bezalel Smotriç, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, nəqliyyat naziri Miri Regev və regional əməkdaşlıq naziri David Amsalem, 2005-ci ildə Qəzza zolağından çəkilməyə dəstək verən İsrail Müdafiə Qüvvələrinin rəsmiləri baş verən hadisələri təsvir ediblər. 7 oktyabr hücumuna onları da araşdırmaya daxil etməyi planlaşdırdığı iddiasına qəzəblərini ifadə ediblər.
Bir nazir KAN-a bildirib ki, biabırçı bir qalmaqal yaranıb və “Orduya hücum ediblər. Müdafiə qurumunun bəzi yüksək rütbəli üzvləri gedib” deyib. “Bizə nazirlərin iclas zalından kənarda qışqırdığını eşitdiklərini söyləyənlər var idi”, – deyə başqa bir nazir bildirib.
Böhrandan sonra İsrailin baş naziri Binyamin Netanyahu iclası yekunlaşdıraraq Haleviyə “Bəzən nazirləri dinləmək lazımdır” deyib.
Müxalifət lideri Yair Lapid İsrailin HƏMAS-a qarşı müharibəsindən sonra Qəzzanın idarə olunması planlarını müzakirə etmək üçün cümə axşamı gecə kabinet iclasında şiddətli müzakirələrdən sonra susqunluğunu pozub.
Nazirlər Kabinetinin iclasında baş verənləri “rüsvayçılıq” olaraq xarakterizə edən Lapid hökumətin dəyişməli olduğunu deyib: “İsrail dövləti hökumətini və liderini dəyişməlidir. Bu insanlar əsgərlərimizin fədakarlığına və qəhrəmanlığına layiq deyillər və onlar strateji qərara istiqamət verə bilməyəcəklər. İndi getmələri lazımdır”.
Gununsesi.info