Sarkisyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"

  • By turana
  • 05 Dekabr 2020 16:57

“Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən”.

Gununsesi.info Ermənistan saytlarına istinadən xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nilo Paşinyana cavabın bildirib.

O, N.Paşinyanı Azərbaycan qarşısında məğlub olmaqda qınayaraq, onu vətən xaini adlandırıb.

Qeyd edək ki, dekabrın 5-də Nikol Paşinyan müxalifətin ona qarşı irəli sürdüyü ittihamlara canlı yayımda cavab verib. O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Ermənistan hakimiyyəti əraziləri qaytaracağını şifahi olaraq boyun olduğu üçün dayandırılıb.

Gununsesi.info