
UNİCEF-in İcraçı Direktoru Henrietta For ELSA Azərbaycan Məzunlar Cəmiyyəti tərəfindən ona ünvanlanan məktubu cavablandıraraq uşaq hüquqlarının pozulmasını pisləyən və müharibə dövründə uşaqların qorunmasının vacibliyini vurğulayan məktuba görə gənclərə təşəkkür edib.
Gununsesi.info xəbər verir ki, görə, məktubda UNİCEF rəhbəri tərəfindən uşaqların müharibə cinayətlərinin qurbanı olmasının qəbulolunmazlığı vurğulanıb, mülki obyektlər, tibb müəssisələri və təhsil ocaqlarının müharibənin obyekti olması ən sərt şəkildə qınanılıb. Bildirilib ki, müharibə zamanı dövlətlər mülki əhalinin toxunulmazlığına hörmətlə yanaşmalı, sivil infrastruktur obyektlərini hədəfə almamalıdır.
Eyni zamanda, məktubda UNİCEF-in dövlət başçıları tərəfindən 9 noyabr tarixində imzalanan bəyanatı və müharibənin dayandırılmasını dəstəklədiyi, gənclərin sülh, insan hüquqlarına hörmət və uşaq hüquqlarının qorunması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirdiyi də qeyd olunub.