Karantin qaydalarını pozan şəxs edam olundu

  • By turana
  • 05 Dekabr 2020 17:10

Şimali Koreyada koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin rejimini pozan şəxs xalqın gözü qarşısında güllələnərək edam edilib.

Gununsesi.info  xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Şimali Koreya lideri Kim Çen Inın qərarına əsasən, sərhəddə xidmət edən hərbçilərə Çindən ölkəyə icazəsiz keçənləri güllələmək əmri verilib.

O, karantinlə bağlı bir sıra göstərişlər verib. Həmin göstərişlərə əsasən, koronavirusdan qorunmaq üçün dənizdə balıq tutmaq da qadağandır.

Gununsesi.info