Xocalı minalardan təmizlənir – VİDEO

  • By turana
  • 05 Dekabr 2020 17:30

Rusiyalı minaaxataranlar Xocalının minalardan təmizlənməsinə başlayıblar.

Gununsesi.info bildirir ki, “Qafqazinfo” “RİA Novosti”yə istinadən məlumat yayıb. Bildirilib ki, minalardan təmizləmə prosesində çoxfunksiyalı “Uran-6” robot kompleksindən istifadə edilir və bu işə Rusiya Müdafiə Nazirliyinin Minaaxtaranlar şöbəsi də cəlb olunub.

Humanitar Minalardan Təmizləmə Mərkəzinin rəis müavini, polkovnik-leytenant Dmitri Klyuçevskinin sözlərinə görə, “Uran-6” kompleksindən istifadə təmizləmə işlərinin keyfiyyətli və tam aparılmasına şərait yaradır.

 


Gununsesi.info