
Hazırda Rusiya və Türkiyə arasında monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi başa çatır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib – mərkəz Ağdamda yerləşəcək.
Gununsesi.info xəbər verir ki, bu haqda “Vestnik Kavkaza” nəşri məlumat verib. Bildirilir ki, Ağdamdan Türkiyə hərbçiləri müqavilənin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparacaq.