İsrailin şimalına raket atmağa cəhd edən terror qruplaşmasına zərbələr endirilib

  • By ilhame
  • 21 Oktyabr 2023 21:10

İsrailin şimalına raket atmağa cəhd edən terror qruplaşmasına zərbələr endirilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.

Ordunun əsgərləri terror qruplaşmasını Har Dov bölgəsində zərərsizləşdiriblər.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Gununsesi.info