
Ukrayna Prezidenti Volodimir Zelenski Rumıniyanın Baş naziri Marsel Çolaku ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında yazıb.
Tərəflər Rumıniyadan Ukraynaya gələcək hərbi dəstəyi və ərzaq təhlükəsizliyi sahəsini, o cümlədən Ukrayna kənd təsərrüfatı məhsullarının Rumıniya ərazisindən tranziti üçün yeni logistik marşrutların hazırlanmasının vacibliyini müzakirə ediblər.
“Ukraynaya, Ukrayna xalqına və döyüş meydanında bizi gücləndirən hərbi yardım paketlərinə görə Rumıniyaya təşəkkür edirəm”, – deyə Zelenski bildirib.
Gununsesi.info