Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.org xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, magistral yolda hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org
COMMENTS