“Putin və Ərdoğanın anlaşmasından sonra artıq bölgədə əsas oyunçu Vaşinqton yox, Moskvadır. Ruslar vəziyyəti ələ alıb. Putin Ərdoğana Trampdan daha cəsarətli müavimət göstərdi”.
Gununsesi.org xəbər verir ki, bunu ABŞ-ın anti-İŞİD koalisyasının keçmiş nümayəndəsi, general Bred Makqurk deyib.
Makqruk dünən Soçidə Rusiya və Türkiyə prezidentləri arasında baş tutan görüş haqda danışıb:
“Ruslar Trampın Türkiyə ilə birgə işlədiyi təhlükəsizlik zolağı mexanizmini ələ keçirmiş kimi görünür. İndi əsas fərq budur ki, mühüm aktyor Vaşinqton yox, Moskvadır. Bunu görüb başa düşəcəksiniz”.
Əsəd rejimi ötən həftə ABŞ və Türkiyə arasında əldə edilmiş anlaşmadan sonra əldən çıxan sərhəd bölgələrinə nəzarəti ələ keçirdi. Türkiyə 10 kilometrə qədər patrul xidmətini həyata keçirəcək, müşahidə nöqtələri də yoxdur. Putin Ərdoğana qarşı Trampdan daha dik dayandı. Nəticəsi isə budur ki, tarixi kürd bölgələri (Kobani) indi Əsəd və Rusiyanın əlindədir”.
Makqruk Trampın keçən ilin dekabr ayında Suriyadan çəkilmə qərarından sonra istefa vermişdi.
Gununsesi.org
COMMENTS