Rusiya ordusunun silahlanmasına müasir “Boa” tapançası daxil edilir.
Gununsesi.org İnterfaks agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Dəqiq Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin baş direktoru Albert Bakov deyib
Onun sözlərinə görə, bu qərarı təsdiqləmək üçün Rusiya Müdafiə naziri Sergey Şoyqu müvafiq əmr imzalamalıdır.
Silah 9×21 mm gücündə olan patron üçün hazırlanıb. Belə bir güllə bir neçə metrlik məsafədə ikinci dərəcəli güllə keçirməyən gödəkçələri dəlib keçməyə qadirdir.
Qeyd olunub ki, Rusiya ordusu artıq yeni məhsulu sınaqdan keçirib.
Gununsesi.org
COMMENTS