Şahmat yığmalarımız Çexiya və Rumıniyaya qarşı

Şahmat yığmalarımız Çexiya və Rumıniyaya qarşı

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında 3-cü turun oyunları oynanılacaq.

Gununsesi.org xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığması Çexiya ilə üz-üzə gələcək. Qadınlardan ibarət komandamız isə Rumıniya ilə qarşılaşacaq.

Qeyd edək ki, kişilərdən ibarət komandamız bundan öncə keçirdiyi hər iki görüşdə qalib gəlib. Qadınlar komandamız isə 1 matçda qələbəyə sevinibsə, digərində uduzub.

 

Gununsesi.org

COMMENTS