
Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin yanar konstruksiyaları 40 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info