
“Elnurun vəziyyəti hazırda ağır-stabildir. Qanaxmalar az da olsa, var. Oksigen aparatı ilə nəfəs alır. Boğaz və mədə-bağırsaq qanamaları olur”.
Gununsesi.info xəbər verir ki, bu sözləri bir müddət əvvəl koronavirusa yoluxan Elnur Əşrəfoğlunun yaxın qohumu Əli Həyati deyib.
O bildirib ki, jurnalistin səhhəti haqqında hələ ki, dəqiq bir söz demək olmur:
“Həkimlər üzərində gecə-gündüz çalışırlar. Vəziyyət dəyişir, analizləri ürəkaçan deyil. Durum bir balaca yaxşı olursa, səhəri gün ağırlaşır. Ümid Allaha qalıb”.
Gununsesi.info