
Abşeronda bıçaqlanma hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, 1988-ci il təvəllüdlü Əliyev Fuad Nazim oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol döş qəfəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.
Gununsesi.info