
Taliban Əfqanıstanda qızlara, tezliklə, orta məktəbləri ziyarət etmək izn verəcək.
Gununsesi.info xəbər verir ki, bu məlumatı UNİSEF-in icraçı direktorunun müavini Ömər Abdi deyib. O, taliblərin təyin etdiyi yeni təhsil nazirinin bununla bağlı ona vəd verdiyini bildirib:
“Mən indi sizinlə danışanda orta məktəb yaşında olan milyonlarla qız 27 gündür təhsil almır. Gözlədiyimiz hər gün bu qızlar üçün itkidir”.
Gununsesi.info