Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb

  • By ilhame
  • 25 Dekabr 2023 22:07

Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb.

 

Gununsesi.info məlumat verir ki, hadisə Bakı-Quba Yolunun 37-ci kilometrində, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Yolu keçmək istəyən piyada Oruc Məhəmməd oğlu Osmanovu avtomobil vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info