Şənbə-bazar Bakıda avtobuslar İŞLƏMƏYƏCƏK

26-27 iyun tarixlərində Bakıda avtobuslar işləməyəcək.

 Gununsei.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun mayın 26-da imzaladığı qərarda bildirilib.

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. 28-i qeyri-iş günü olmasına baxmayaraq, avtobuslar işləyəcək”.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatının əhəmiyyəti, paytaxtda gələn idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərir.