Deputat AZAL-a çağırış etdi: "Aviabiletlərin qiymətinə yenidən baxılsın"

Azalın baha bilet siyasəti artıq Milli məclisin deputatlarını da dilə gətirib.

Gununsesi.info-nun xəbərinə görə, Milli məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentdəki çıxışında AZAL-a çağırış edib.

Komitə sədri deyib ki, Türkiyədə insanlar Azərbaycana aviabiletlərin qiymətinin bahalığından şikayətlənirlər: “Azərbaycandan Türkiyəyə biletlər də bahadır. Mən buradan AZAL-a çağırış edirəm ki, bu biletlərin qiymətinə baxılsın”.