
“Tovuzun Qovlar şəhərində 9 ailəyə elektrik enerjisi hələ də verilmir. Hələ də insanlar elektrik enerjisi təmin edilməyib”.
Gununsesi.info xəbər verir ki, bunu deputat Qənirə Paşayeva parlamentdə deyib.
O qeyd edib ki, vətəndaşa hansı uzaqlıqda yaşamasından asılı olmayaraq, enerjiylə təmin edilməlidir:
“Əgər vətəndaş işlətdiyi enerjinin pulunu ödəməsə, o zaman onun vəzifələri yaranacaq. Ancaq aidiyyatı qurumlar bu məsələdə məsuliyyəti bir-birinin üzərinə atır. Koordinasiyalı olaraq məsələlər həll edilmir. Bir vətəndaş ev tikib yaşayır. Deyirlər ki, bu uzaqlıqda ona enerji verəcəm? İstehlakçıların hüquqları qorunmur”.