Polisə müqavimət göstərən restoran sabibi həbs edildi – FOTO

  • By admin
  • 24 İyun 2021 20:29

Şəmkirdə polisə qarşı zor tətbiq edən “Qoşa Qala” restoranının sahibi, Şəmkir sakini Tural Zeynalov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, məlum hadisə ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə tövsif edilib və cinayət işinin araşdırılması üçün aidiyyəti üzrə Rayon Prokuroluğuna göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə Tural Zeynalov barəsində 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Şəmkirdə polisə müqavimət göstərən restoran sabibi həbs edilib - <span class=

Gununsesi.info