Şəmkirdə evdən kişi və qadın meyitləri tapılıb.
Gununesi.info Teleqraf-a istinadən xəbər verir ki, rayonun Varlı Həyat kənd sakini 1968-ci il təvəllüdlü Rəfi Mustafayev və onun yanında qadın meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.









