Bu gün Əfqanıstanda qəzaya uğradığı iddia edilən təyyarə ilə bağlı ziddiyyətli açıqlamalar verilib.
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, “Reuters” Agentliyinin verdiyi məlumata görə, “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, “Taliban” tərəfindən verilən açıqlamada, ABŞ hərbçilərini daşıyan bir təyyarənin Əfqanıstanın Gazni bölgəsində vurulduğu və yüksək səviyyəli hərbi rəsmilər də daxil olmaqla sağ qalanların olmadığı bildirilib.
Maraqlıdır ki, qəza sonrası da hava yolları şirkətinin verdiyi açıqlamada sərnişin təyyarəsinin düşdüyü iddiaları təkzib edilmişdi.
ABŞ-dan qəza ilə bağlı ilk açıqlamada isə hadisəyə az da olsa, aydınlıq gətirilib.
“Qəzaya uğrayan təyyarə kiçik bir Amerikan hərbi təyyarəsi idi”, ABŞ-dan Talibanın ABŞ hərbi təyyarəsini vurması iddialarıyla əlaqədar verilən ilk açıqlamada belə bildirilib.
@pajhwok reporter Saifullah Maftoon visited the area in #Ghazni province, where an Aircraft crashed today,
Our reporter found some document there. #Taliban said few US force officers were killed in this incident. #Afghanistan pic.twitter.com/2NhFbvgMGm— Pajhwok Afghan News (@pajhwok) January 27, 2020
COMMENTS