Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria istefa verib.
Gununsesi.org “Report”-a istinadla xəbər verir ki, bu barədə o, özü bildirib.
L.İzoria deyib ki, bundan sonra Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışacaq.
Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-nə qədər Gürcüstanın müdafiə naziri olub. O, ötən ilin sentyabrında Kəşfiyyat Xidmətinə rəhbər, noyabrında isə Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.
COMMENTS