Batuminin keçmiş meri 7 il müddətinə həbs edildi –Vəzifəsindən sui-istifadə və israfçılıq edib

Batuminin keçmiş meri 7 il müddətinə həbs edildi –

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin keçmiş meri Giorgi Yermakov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə Batumi Şəhər Məhkəməsi qərar qəbul edib.

Keçmiş merin ailə üzvləri məhkəmə qərarından şikayət verəcəklərini bildiriblər.

Qeyd edək ki, G.Yermakov və daha 6 məmur ötən ilin mayın 30-da xüsusi əməliyyat zamanı saxlanılıb. Onlar Batumidə həyata keçirilən “Ucuz ev” layihəsi ilə bağlı israfçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.

G.Yermakov 2014-2017-ci illərdə Batuminin meri olub.

 

Gununsesi.org

COMMENTS