Yanvarın 21-də Suraxanı rayonunda 28 yaşlı qadın itkin düşüb.
Gununsesi.org xəbər verir ki, rayonun Bülbülə qəsəbəsi, Sabir küçəsində yaşayan 1992-ci il təvəllüdlü S.Məcidova evdən çıxıb və qayıtmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına onun ailə üzvləri tərəfindən məlumat verilib.
Məlumat əsasında, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, S.Məcidova Gürcüstana gedib.
COMMENTS