Məşhur vəkil BDYP-nin səfər qadağasını əsassız sayır:"HEÇ BİR ORQAN ÖZBAŞINA ÖLKƏDƏN ÇIXIŞA QADAĞA QOYA BİLMƏZ"

Məşhur vəkil BDYP-nin səfər qadağasını əsassız sayır:

Tanınmış vəkil Elçin Sadıqov son vaxtlarda ölkədə gündəmə və ciddi ictimai müzakirələrə səbəb olan  Bakı Şəhəri Baş Dövlət Yol Polisinin cərimələri olan vətəndaşlara ölkədən çıxışına qadağa qoyulacağı ilə bağlı öz münasibətini bildirib.

Gununsesi.org-a açıqlama verən tanınmış vəkil Elçin Sadıqov bir sıra qanunvericiliyə əsaslanaraq BDYP-nin qərarının qanunsuz olduğunu bildirib:

“Bakı Şəhəri Baş Dövlət Yol Polisini vətəndaşlara cərimələrlə bağlı ölkədən çıxışa qadağa gətirməsi qanunvericilikdə yoxdur. Ümumiyyətlə, hər hansısa orqan özbaşına ölkədən çıxışa qadağa qoya bilməz. Bu qadağalar yalnız istintaq zərurəti ilə əlaqədar barələrində digər yerə getməmək haqqında qəti imkan tədbiri seçilmiş şəxslərlə bağlı gətirilə bilər. Əlavə olaraq, hansısa şəxsin borcu varsa, bu, yalnız məhkəmə qərarı ilə edilə bilər. Məhkəmə qərarı yoxdursa, şəxsin ölkədən çıxışına qoyulan qadağa həm Miqrasiya Məcəlləsinə, həm də İnsan Hüquqlarının və Əsassız Atributlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasına 4 saylı əlavə protokolun 2-ci maddəsinə açıq-aşkar ziddir”.

Qeyd edək ki, b gün mətbuatda Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev mətbuata açıqlamasında Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cəriməni ödəməyən şəxslərin ölkədən çıxışına qadağa qoyulacağını bildirmişdi.

Arzu

Gununsesi.org

COMMENTS