Azərbaycanda daha bir nəfər spirtli içkidən zəhərlənib.
Gununsesi.org Qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 24-ü saat 19 radələrində Qazaxıstan vətəndaşı, 1980-cı il təvəllüdlü Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən “Beer Point” kafesində bir litr “Tradisii Belarusii” markalı araq içib və zəhərlənərək Toksikologiya Şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyəti ağırdır.
Xətai RPİ-də araşdırma aparılır.
Məlumata görə, Ş.Əzimov Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır.
COMMENTS