
Şəki rayonunda yaşayış evində partlayış baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə Baş Göynük kəndində qeydə alınıb.
Belə ki, partlayış zamanı iki nəfər – 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı yanıq xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info