Türkiyə Azərbaycana uçuşa başlayır – Tarix bəlli oldu

Türkiyə Azərbaycana uçuşa başlayır – Tarix bəlli oldu

COVİD-19 pandemiyası ilə əlaqədar uzun müddətdir ki, hava məkanını bağlayan Türkiyə beynəlxalq aviareysləri bərpa edir.
Bu barədə Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib. Onun sözlərinə görə, iyunun 10-dan başlayaraq mərhələli şəkildə uçuşlar bərpa ediləcək. 40 ölkəyə aviareyslərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar artıq 15 ölkə ilə razılıq əldə olunub.Onların arasında Şimali Kipr Türk Cümhuriyyəti, Bəhreyn, Bolqarıstan, Qatar, Yunanıstan, Belarus,Moldova, Ukrayna, Sudan, İtaliya və s. var.
Nazir bildiirb ki, iyunun 10-dan Kipr, Bəhreyn, Bolqarıstan, Qətər, Yunanıstan, 15-dən Almaniya, Avstrya, Çexiya, Azərbaycan, İsveçrə, makedoniya, Polşa, Serbiya və s.20 iyundan Hollandiya, Qazaxıstan, 22 iyundan Danimarka, Finlandiya, Cənubi Koreya, İrlandiya, Norveç və s, iyunun 25-dən isə Belçika ilə hava əlaqəsi bərpa ediləcək.

COMMENTS