
Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Ukraynaya uzunmənzilli raketlərin Rusiya ərazisində istifadəsinə icazə verməsindən sonra qəbul edilən qərar, dünya paytaxtlarında narahatlıq yaradıb.
Qeyd edək ki, Putin daha əvvəl xəbərdarlıq etmişdi ki, başqa bir nüvə dövlətinin dəstəklədiyi Rusiyaya hər hansı bir hücum “birgə hücum” kimi qiymətləndiriləcək.
Orxan Saffari