Paraqvay prezidenti G20 sammitindən təcili yardımla xəstəxanaya aparıldı

  • By Günel
  • 19 Noyabr 2024 08:45

Paraqvay Prezidenti Santiaqo Penya ürəyində ağrılar səbəbindən təcili yardım maşını ilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini tərk edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

O, Rio-de-Janeyroda yerləşən “Samaritano” xəstəxanasına aparılıb.

Məsələ ilə bağlı Paraqvayın birinci xanımı Letisiya Okampos sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, ölkə prezidenti həkim müayinəsindən keçib, hazırda özünü yaxşı hiss edir və müayinənin nəticələrini gözləyir.

Gununsesi.info