Azərbaycanda İran vətəndaşı itib

Azərbaycanda İran vətəndaşı itkin düşüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Masallı rayonu Türkoba kəndində quru meyvələrin satışı ilə məşğul olan, 1985-ci il təvəllüdlü, İran vətəndaşı Pourjafar Majid Ali oğlu iki gündür işlədiyi mağazada pasportunu və mobil telefonunu qoyaraq həmin yerdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Araşdırma aparılır.

 

 

Gununsesi.info