Xırdalanda hündürlükdən yıxılan fəhlə öldü

  • By Günel
  • 18 Noyabr 2024 20:28

Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb.

Gununsesi.info istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən tikintilərdən birində qeydə alınıb.

1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info