BƏM-dən Bakı və İrəvanla bağlı qərar

  • By Günel
  • 18 Noyabr 2024 22:31

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistana irqi ayrı-seçkilik işi ilə bağlı əks-memorandumlar hazırlamaq üçün bir il vaxt verib.

Gununsesi.info xəbər verir ki, bu barədə BƏM-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır.

Əks-memorandum – qarşı tərəfin memorandumunda yer alan iddiaları qəbul, inkar edən və ya şərh edən cavabı nəzərdə tutur.

Qeyd edək ki, BƏM 12 noyabrda Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddialarına baxıb.

Gununsesi.info