
Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən avtomobil sənayesində SSRİ dövrü demək olar ki, geri qayıdıb.
Gununsesi.info xəbər verir ki, Fransanın “Renault” avtomobil markasının Rusiyaya tətbiq etdiyi sanksiyalara görə boşaldığı Moskvadakı zavod SSRİ dövrünün ikonik “Moskviç” avtomobillərinin istehsalına başlayıb.
Ötən il paytaxt Moskvada “Moskviç” fabrikinin rəsmi açılışı olub. Zavoddan enən ilk avtomobil krossover seqmentində istehsal edilən “Moskviç 3” modeli olub.
Şirkət yeni partnyoru “Kamaz” ilə elektrik avtomobilləri də daxil olmaqla ildə 100 min avtomobil istehsal etməyi hədəfləyir.
Gununsesi.info