
ABŞ İsrailin Qəzza zolağının cənubundakı əməliyyatlarını dəstəkləməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Oktyabrın 7-də HƏMAS-ın hücumuna müdaxilə edən İsrail hərbi vertolyotunun musiqi festivalında dinc insanları da vurması xəbərini şərh edən Kirbi bu barədə konkret məlumatı olmadığını bildirib.
ABŞ rəsmisi həmçinin işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığın artmasını qəti şəkildə qəbuledilməz adlandırıb.
Kirbinin sözlərinə görə, ABŞ-ın prioriteti məhbusların azad edilməsidir və Vaşinqton bu məsələ üzərində işləyir.
Kirbi qeyd edib ki, İsrail hökuməti “əməliyyatı Qəzzanın cənubuna yönləndirmək” niyyətindədir.
“Əvvəllər dediyimiz kimi, biz bu tip əməliyyatları dəstəkləmirik”, – o vurğulayıb.
Gununsesi.info