Nazir istefa verdi, ancaq prezident onun vəzifədə qalmasını istədi

Nazir istefa verdi, ancaq prezident onun vəzifədə qalmasını istədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylunun isstefasını qəbul etməyib.

Gununsesi.org Ahaber-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Bildirilir ki, nazir istefa barədə ərizəni ölkə başçısına təqdim edib, lakin Prezident bu tələbi rədd edib: “Daxili işlər nazirinin istefası qəbul edilməyib, o, vəzifələrini icra etməyə davam edəcək”.

Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsində istefa verdiyi barədə öz “Twitter” səhifəsində yazmışdı.

Gununsesi.org

COMMENTS