ABŞ səfirliyindən azərbaycanlılara müraciət

ABŞ-ın Bakıdakı səfirliyi futbol üzrə dünya çempionatına bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin X sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“FİFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər – ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FİFA-dan almısınızsa, indi FİFA PASS proqramına qoşula bilərsiniz”, – səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

 

Gununsesi.info