Biz də onlara sanksiya tətbiq edək - NOVELLA CƏFƏROĞLU

  • By Mina
  • 23 Aprel 2024 14:28

Xəbər verdiyimi kimi, bir qrup ABŞ konqresmeni Azərbaycanın bir sıra yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.

Gununsesi.info xəbər verir ki, siyahıdakı bir sıra adlar təəccübə səbəb olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında xüsusi rolu olan Hikmət Mirzəyevin adının siyahıya salınması birmənalı qarşılanmayıb.İddia olunur ki, onun adının sanksiyaya salınması “Tərtər İşi” inə görədir.

O zaman haqlı sual ortaya çıxır?

Nədən, bu işdə əsas günahkar olan Nəcməddin Sadıqovun və Hikmət Həsənun adı yoxdur?

Müşahidəçilər hesab edir ki, bu yanaşma Amerikanın insan haqları siyasətinə kölgə salır.

Hüquq müdafiəçisi Novella Cəfəroğluya Gununsesi.info-ya açıqlamasında deyib ki, konqresmenlərin sanksiya təşəbbüsünə çox fikir vermir:

“Bu gün nə Avropanın, nə Amerikanın sanksiyalarına çox fikir vermirəm. Sanksiya Makrona verilməlidir, çünki Makron iki dövlət arasında müharibənin olmasını istəyir. Kimlərin adının siyahıda olub-olmaması mənə maraqlı deyil. Onlara biz özümüz sanksiya verməliyik. Biz Amerikanın sanksiyasını gözləməməliyik. Amerikanın sanksiyası mənə bir hüquq müdafiəçisi kimi şəxsən maraqlı deyil. Biz özümüz həmin insanlara sanksiya verib, bir çox şeylərdən məhrum eləməliyik. Öz fikrim odur ki, bu məsələdə özümüzün sanksiyası və iradəsi olmalıdır”.