16 yaşlı İctimai Televiziyadan Baku TV-nin- VİDEOREPORTAJI

  • By admin
  • 29 Avqust 2021 12:30

Sarı rəng pozitivliyin, enerjinin, dinamikliyin rəngidir. Elə yayımları da bu cür olan İctimai TV bu gün 16-cı yayım ilini qeyd edir.

“Bu 16 illik zəhmətin arxasında tamaşaçıların diqqəti dayanır”.

Bu sözləri İctimai TV-nin aparıcısı Jalə Həsənli deyib.

O bildirib ki, İTV-də işlədiyi dövr ərzində ən yaddaqalan günü qələbə xəbərini çatdırmağı olub.

“Yəqin ki illər keçəcək, mən yaşlanacağam, bəlkə də başqa məkanda, başqa sahədə çalışacağam, amma bu anı heç vaxt yadımdan çıxarmayacağam” – deyə, o qeyd edib.

Telekanalda yayımlanan “Ötən günlər” verilişinin qonaqları da İctimai TV-ni 16 yaşı münasibətilə təbrik ediblər.

Əməkdar artist Sənubər İsgərdərli deyib ki, İTV-yə rəngarəng verilişlər və bol reytinq arzu edir.

Daha ətraflı Baku TV-nin süjetində:

Gununsesi.info