
Rusiya Əfqanıstanda iş yerləri yaratmağa və yerli layihələrə sərmayə qoymağa hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bunu Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin bildirib.
Onun sözlərinə görə, Rusiya investisiyaları artıq ölkəyə daxil olmağa başlayıb. Bunlar fabriklərə, və kənd təsərrüfatındakı investisiyalardır. Həmçinin Quş-Tape su kanalının tikintisi də böyük maraq doğurur.
Xabibull bildirib ki, bir sıra şirkətlərimiz bu kanalın yanında kənd təsərrüfatı məqsədləri üçün torpaq sahələrini uzunmüddətli icarəyə götürür.
O əlavə edib ki, Rusiya Əfqanıstanda fəal humanitar fəaliyyətlə məşğuldur. Mərkəzin rəhbərinin sözlərinə görə, son bir ildə Müsəlman Vətənpərvər Xeyriyyə Fondu ehtiyacı olan əfqanlara 250 min qutudan çox dərman paylayıb.
“Lakin biz iş yerlərini inkişaf etdirməyi və rusiyalı investorları Əfqanıstan layihələrinə cəlb etməyi hədəfləyirik”, – deyə o, əlavə edib.
Qeyd edək ki, daha əvvəl Rusiya Biznes Mərkəzinin rəhbəri Rusiyanın bu ölkədə neft, qaz və kənd təsərrüfatı üzrə ticarət əlaqələrinin aparılacağı barədə məlumat vermişdir.
Gununsesi.info