Tokayev Rusiyaya gedəcək

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev mayın 8-9-da Moskvaya səfər etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev məlumat verib.

“Prezidentimiz mayın 8-9-da Moskvaya səfər etməyi planlaşdırır”, – o qeyd edib.

Diplomat bildirib ki, Qazaxıstan 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək.

“Müvafiq olaraq, bu formatlar çərçivəsində liderlərimiz arasında da görüşlər olacaq”, – D. Abayev əlavə edib.

Qeyd edək ki, mayın 8-də Moskvada Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammiti keçiriləcək.

 

 

Gununsesi.info