Poliklinikada maska taxmadı, işdən qovuldu   - VİDEO

“Videomaterialda qeyd olunan məsələ tərəfimizdən araşdırılıb. Araşdırma nəticəsində qayda pozuntusu aşkarlandığı üçün hər iki qeydiyyatçıya töhmət verilib. Maska taxmaqla bağlı qaydaya riayət etmədiyi aşkar olunan və vətəndaşla kobud davranan qeydiyyatçı töhmətlə yanaşı işdən də azad edilib”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Rəsmi məlumatda bildirilib ki, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində özümüzü və ətrafımızı qorumağımız üçün verilən qərarlara riayət etmək hər birimizin borcudur, sosial məsuliyyətini nümayiş edən vətəndaşa isə təşəkkür edirik.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada vətəndaşlardan maska taxmağı tələb edən qeydiyyatçıların özlərinin maska taxmadığını əks etdirən görüntülər yayılıb.

Gununsesi.info