Birinci xanım Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım etdi 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün “Instagram” səhifəsində fotolar paylaşıb.

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olublar”, – deyə Mehriban Əliyeva yazıb.